Kitap Hakkında

Ürək dağı

Ürəyimdə bu dünyanın bir dağ yüklü dağı var!
Yeddi rəngli möcüzənin həm qarası, ağı var!
Arxasızın, kimsəsizin nə solu, nə sağı var.
Varmı görən xoş sabahı, sevinc dolu novrağı?

Dözülməz bir ağrı, sitəm, nə çətin ürək dağı?!
Dolu-dolu xatirələr ürəyimdən keçərlər.
Hər payızda qaranquşlar dəstə-dəstə köçərlər.
Deyirdilər yar yolunda axı candan keçərlər

Mənmi duya bilməyirəm, nədən gəlmir sorağı?
Dözülməz bir ağri, sitəm, nə çətin ürək dağı?!
Qarlar yağar dayanmadan ürəyimə yaz-bahar.
Günəş qalxar yuksəklərdən alov saçar, nur saçar.

Sevənlərin bağçasında min bir rəngli gül açar
Əlçatmaz bir ümman kimi sevgimizin oylağı
Dözülməz bir ağrı, sitəm, nə çətin ürək dağı?!
Necə dağdır, yaxşı bilər ürək dağı görənlər.

Qəlbi dağ tək böyük olar eşqdən sevgi dərənlər.
Açıq gözlü, ayıq olar qəlb sirrinə ərənlər
Dünya gözəl, həyat gözəl, ömrümün gözəl çağı!
Bəzən yaşam gücümüzdür çəkilən ürək dağı!

Devamını oku

Ürün Özellikleri

  • Kitap Özellikleri
  • Sayfa sayısı
    162
  • Yayınlanma Sayısı
    1
  • Ağırlık
    162
  • Boyutlar
    13.5 x 21
  • Cilt Tipi
    Ciltsiz
  • Kağıt Cinsi
    2. Hamur
  • Yayınlandığı Konum
    Türkiye
  • Cep Boy
    Hayır
  • Yayınlanma Tarihi
    12 / 2021
  • Barkod
    9786257536738
      Babil.com
      Tarayıcı ile devam et veya Uygulamada Aç